17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq
Tarix: 16-11-2025 08:22 | Bölmə: Dünya
Litva ordusu Molotov kokteyli ilə döyüşməli olacaq

Litva ordusu kifayət qədər maliyyələşdirilməyib. Rusiya ilə münaqişə başlayarsa, Litva əsgərləri Molotov kokteyli ilə döyüşməyə məcbur olacaqlar.

Reyting.az
xəbər verir ki, bunu Litva Respublikası Silahlı Qüvvələrinin komandanı general Raymundas Vaykşnoras LRT televiziyasının kanalında bildirib.

Onun sözlərinə görə, bəzi parlamentarilər gələn il üçün ölkənin hərbi büdcəsini beş faizə qədər azaltmaq niyyətindədirlər. Onlar qənaət edilən vəsaiti daxili təhlükəsizlik və yolların saxlanılması üçün istifadə etmək istəyirlər.

Vaykşnoras əlavə edib ki, büdcə hələ də müzakirə mərhələsindədir.

Onu da qeyd edək ki, oktyabr ayında Litvanın xarici işlər naziri Kestutis Budris Vilnüsün zəruri hesab etdiyi təqdirdə Kalininqrada tranziti bağlaya biləcəyini açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər