17:02 / 14-11-2025
Zelenski Əliyevə zəng edib
Bu gecə Rusiya səmasında 57 PUA vurulub
Tarix: 16-11-2025 09:11 | Bölmə: Xəbərlər
Bu gecə Rusiya səmasında 57 PUA vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri üzərində 57 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ötən gecə, 15 noyabr 2025-ci ildə Moskva vaxtı ilə saat 23:00-dan 16 noyabr saat 07:00-dək həyəcan siqnalı ilə hava hücumundan müdafiə sistemləri 57 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib. PUA-lar Samara, Volqoqrad, Saratov, Rostov, Kursk, Voronej və Bryansk bölgəsi üzərində vurulub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər