11:52 / 08-12-2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
11:37 / 08-12-2025
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb
11:29 / 08-12-2025
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
11:17 / 08-12-2025
Bərdədə bir ailənin dörd nəfər qidadan zəhərlənib
11:06 / 08-12-2025
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
11:01 / 08-12-2025
"Afrika korpusu" Malinin qara kabusuna çevrilib
10:57 / 08-12-2025
Ağdamda insan sümükləri tapılıb
10:41 / 08-12-2025
Milli Məclisdə konfrans keçirilir
10:34 / 08-12-2025
Şahmar Mövsümov: "Bu, ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir"
10:14 / 08-12-2025
Baş nazir Viktor Orban Türkiyəyə gəlir
10:08 / 08-12-2025
Baş nazirin təyyarəsinə hücum sirrinin üstü açılıb
10:02 / 08-12-2025
Maqnit qasırğası gözlənilir
09:59 / 08-12-2025
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
09:48 / 08-12-2025
Krımın işğalından sonra məhkəmə çəkişmələri səngimək bilmir
09:37 / 08-12-2025
Azərbaycanın dörd bölgəsinə qar yağır
09:29 / 08-12-2025
Zelenski Trampı məyus edib
09:18 / 08-12-2025
Moskvada KTMT Parlament Assambleyasının plenar iclası keçiriləcək
09:12 / 08-12-2025
2026-cı ildə ABŞ Ukraynaya 400 milyon dollar yardım edəcək
08:27 / 08-12-2025
Putini psix hesab edən məşhur dünyasını dəyişib - Foto
08:16 / 08-12-2025
Qızıl dünya bazarında liderliyini qoruyur - Foto
07:53 / 08-12-2025
İlon Mask Avropa İttifaqının ləğvini tələb edir
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
00:28 / 08-12-2025
ABŞ, İsrail və Qətər nümayəndələri Nyu-Yorkda görüşüblər
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
23:14 / 07-12-2025
Son iki gündə Özbəkistanda üç zəlzələ baş verib
20:57 / 07-12-2025
İranın xarici işlər naziri Azərbaycana gəlib
14:00 / 07-12-2025
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə - Foto
13:56 / 07-12-2025
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
13:04 / 07-12-2025
Sabaha yağış gözlənilir - Proqnoz
11:42 / 07-12-2025
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb - Yenilənib
00:02 / 08-12-2025
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
07:33 / 08-12-2025
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
08:23 / 05-12-2025
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
13:49 / 06-12-2025
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
11:30 / 05-12-2025
II Qareginin həbsinə hazırlıqlar başlayıb
20:07 / 05-12-2025
Mifik təfəkkürdən süni intellekt erasına qət edilən böyük yol
18:42 / 06-12-2025
Çin ordusunun sıralarında robotlar da döyüşəcək
20:49 / 03-12-2025
Baş konsulumuz Təbrizdə fəaliyyətə başlayıb
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış edib - (Yenilənib) - Fotolar
Tarix: 16-11-2025 18:00 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gəlib.
Reyting.az xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi qarşılayıb.
***
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqres Mərkəzinə gəlib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını qarşılayıb.
Tədbirin iştirakçıları birgə foto çəkdiriblər.
Görüşdə çıxış edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq deyib: "Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbul etdiklərinə görə bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümü bildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm".
Şavkat Mirziyoyev bildirib ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq", - deyə Özbəkistan prezidenti vurğulayıb.
"Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik". Bu fikri isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev söyləyib. O, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq qeyd edib: "Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib".
"Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq", - deyən Sadır Japarov əlavə edib ki, strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın çox böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edərək deyib:
"Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, məkanımız beynəlxalq və regional proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan maraqlarının inkişafına səyləri nümayiş etdirir".
Tədbirdə çıxış edən Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib: "İndi isə icazənizlə, söz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə verilir. Buyurun, İlham Heydər oğlu".
Prezident İlham Əliyev tədbirdə çıxış edib.
- Hörmətli Şavkat Miromonoviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
İlk növbədə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Özbəkistan tərəfinə ənənəvi qonaqpərvərliyinə görə təşəkkür edirəm.
Özbəkistan qardaşım Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür. Şavkat Miromonoviç, hər şeyə görə Sizə bir daha sağ olun deyirəm.
Dünən biz İslam Sivilizasiyası Mərkəzini ziyarət etdik. Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılan bu Mərkəz Özbəkistan Prezidentinin ölkənin zəngin mədəni irsinə sadiqliyinin daha bir göstəricisidir. Bəzi ölkələrdə dinimizə qarşı hücumların artdığı bir şəraitdə islamofobiya sistemli xarakter alır. İslam Sivilizasiyası Mərkəzinin açılması bütün dünyaya göstərir ki, İslam quruculuq, dözümlülük, dostluq və qardaşlıq dinidir. İsam aləminin görkəmli nümayəndələri dünya elminə, mədəniyyətinə böyük töhfə veriblər və İslam Sivilizasiyası Mərkəzi bunu əyani şəkildə nümayiş etdirir. Əminəm ki, möhtəşəm və nadir ekspozisiyaları olan Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi bütün İslam dünyası üçün qürur mənbəyinə çevriləcək.
Hörmətli həmkarlar, Azərbaycan artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak edir. 2023-cü ildə Tacikistan Prezidenti hörmətli Emoməli Şaripoviç Rəhmonun, 2024-cü ildə isə Qazaxıstan Prezidenti hörmətli Kasım-Jomart Kemeleviç Tokayevin dəvəti ilə sammitlərin işində iştirak etdim.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.
Son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə mən Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olmuşam. Bu müddət ərzində həmkarlarım ölkəmizə 23 dəfə səfər ediblər.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur.
Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq.
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk.
Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir.
Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.
Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb.
Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.
Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. "Rəqəmsal İpək Yolu" layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.
Sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir. Eyni zamanda, bizim formatımızda sədrliyi qəbul etdiyinə görə qardaş Türkmənistanı təbrik etmək istəyirəm.
Diqqətinizə görə sağ olun.
x x x
Qardaş Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qatılması münasibətilə dövlətimizin başçısını bir daha təbrik edən Prezident Şavkat Mirziyoyev bildirib: "Bu, həqiqətən də bizim üçün böyük tarixi hadisədir. Özbək xalqı və Özbəkistanda aparılan islahatlar barədə dediyiniz sözlərə görə bir daha Sizə təşəkkür edirik. Çox sağ olun ki, Siz İslam sivilizasiyası barədə söz açdınız. Həqiqətən də Siz dediyiniz kimi, bu, bizim daha da təşviq etməli olduğumuz amildir. Bu Mərkəz bizim ümumi nailiyyətimizdir. Düşünürəm ki, bu, gələcəkdə bizim müvafiq istiqamətdə birgə tədbirlər görməyimizə kömək olacaq. Bir daha Sizə təşəkkür edirəm. Dolğun çıxış üçün və bizim ümumi əməkdaşlığımızın genişlənməsi ilə bağlı təşəbbüslərinizə görə Sizə minnətdarlığımı bildirirəm".
x x x
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin görüş iştirakçılarına məktubu oxunub.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında qəbul edilən Qərar və digər sənədlər imzalanıb.

Bölməyə aid digər xəbərlər

Bu gün, 09:37
Azərbaycanın dörd bölgəsinə qar yağır
Bu gün, 07:53
İlon Mask Avropa İttifaqının ləğvini tələb edir
Bu gün, 07:33
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
Bu gün, 00:02
Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Dünən, 11:41
Hikmət Hacıyev: Azərbaycan sülhü əbədi etmək istəyir
6-12-2025, 16:07
Donald Tramp İlham Əliyevə təşəkkür edib
6-12-2025, 13:49
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar
5-12-2025, 22:03
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir
5-12-2025, 17:10
Aqrar təyinatlı torpaqlardakı tikililər barədə fərman verilib
5-12-2025, 17:06
2026-cı il üçün proqnozlar açıqlanıb
5-12-2025, 16:37
Qərb və Avropa Ermənistanda baş verənlərə susur
5-12-2025, 14:00
Ukrayna düyünü: kompromis tapılacaqmı?
5-12-2025, 13:10
İranda böyük problem: İslam Respublikası qonşu ölkələrdən su alacaq
5-12-2025, 11:30
II Qareginin həbsinə hazırlıqlar başlayıb
5-12-2025, 08:23
Donald Trampa sülh mükafatı - futbol həm də siyasətdir
4-12-2025, 20:46
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
4-12-2025, 15:25
Avropa İttifaqı korrupsiya bataqlığından çıxa bilmir
4-12-2025, 13:10
Yermakın istefası Ukrayna siyasətinin mənzərəsini dəyişib
4-12-2025, 10:25
Tramp Putinlə görüşün nəticə verəcəyinə şübhə edir
3-12-2025, 20:27
Dünyada dağıdıcı daşqınlar artacaq - Xəbərdarlıq
3-12-2025, 19:10
Ağdərədə mina partlayıb, ağır yaralı var - (Yenilənib)
3-12-2025, 17:19
Rusiya yüksək riskli ölkələrin siyahısına salınacaq
3-12-2025, 14:50
Daha bir üzv ölkə Avropa Birliyinə qarşı çıxır
3-12-2025, 13:56
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
3-12-2025, 10:38
Kremldəki qapalı görüş Ukrayna böhranını həll etməyib
3-12-2025, 09:50
Azərbaycan orbitə "Zəfər" peyki buraxıb
2-12-2025, 15:18
Professor: Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar
2-12-2025, 13:42
Dünyada daha bir ölümcül virus yayılır
2-12-2025, 11:33
Papa Türkiyəyə niyə gəlmişdi?
1-12-2025, 15:12
Əli Kərimli və AXCP fəalı həbs olunub - (Yenilənib)
1-12-2025, 13:49
Minsk qrupunun ləğvi başa çatıb
1-12-2025, 13:16
Əsas silah istehsalçıları rekord gəlir əldə edib
1-12-2025, 13:02
Rəsmi Bakı Moskvaya mesaj yollayıb - Yenilənib
1-12-2025, 12:48
AXCP sədri ilə Məmməd İbrahimə ittiham elan olunub - (Yenilənib)
1-12-2025, 11:40
Gültəkin Hacıbəylini Türkiyədən Azərbaycana gətiriblər
1-12-2025, 11:27
Bakıda yeni mənzillər güzəştli qiymətlərlə satışa çıxarılacaq - Foto
1-12-2025, 11:10
Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydaları dəyişib
1-12-2025, 10:06
Mədəniyyət Nazirliyində yoxlama aparılır
1-12-2025, 00:01
Laçının işğaldan azad edilməsindən 5 il ötür
30-11-2025, 14:53
Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib - (Yenilənib)
30-11-2025, 08:42
Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb
30-11-2025, 00:03
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
29-11-2025, 14:47
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
29-11-2025, 12:26
Ölkəmizə qanunsuz yolla 2 milyon 440 min manatlıq qızıl məmulatlar gətirmək istəyiblər - Fotolar
29-11-2025, 11:20
Xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək