12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Vergilər Nazirliyində dəyişiklik edildi – Nazir və müavinlərin tabeliyində yeni idarələr!
Tarix: 09-06-2016 11:22 | Bölmə: Gündəm


Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə nəzarətdə (kuratorluq) bəzi dəyişikliklər baş verib.

Reyting.az-ın məlumatına görə, Vergilər Nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi nazir müavini Sahib Ələkbərovun kurasiyasından çıxarılaraq birbaşa nazir Fazil Məmmədovun kurasiyasına verilib.

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi isə vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri Riyad Hüseynovun nəzarətindən alınaraq nazirin müavini Sahir Məmmədxanovun kurasiyasına həvalə edilib.

Bununla yanaşı, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsi yaradılaraq vergilər nazirinin müavini İlkin Vəliyevin nəzarətinə verilib.

Nazirlikdə yeni yaradılan Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsi və informasiya texnologiyaları şöbəsi isə vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri R.Hüseynovun nəzarətinə keçib.

Əlavə olaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi , Vergi auditi və operativ nəzarət İdarəsi vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədovun kurasiyasına verilib. 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər