Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 21-01-2016 15:06 | Bölmə: Gündəm

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Audit qrupunun rəhbəri F.Şəkərəliyevin məlumatı dinlənilib, daha sonra auditin nəticələrinə dair fəaliyyət istiqaməti üzrə auditor N.Həsənovun nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr də daxil olmaqla, hesabatı müzakirəyə çıxarılıb.
Auditor N.Həsənov Hesablama Palatasının 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş tövsiyələrin Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) struktur vahidləri tərəfindən tam təmin edilmədiyini kollegiya üzvlərinin diqqətinə çatdırıb, hazırkı auditlə əhatə olunan dövrdə isə mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib. Abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib.
Kommunal xidmətlərini həyata keçirən İH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilmiş, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib.
Bəzi hallarda əhali qrupundan yığılan kommunal xidmətlərin haqqı əksər hallarda gecikdirilmə ilə təhvil verilib. Eyni zamanda, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşrut üzrə məsafənin müəyyənləşdirilmədiyi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmədiyi, bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı, hesablaşmaların nağd qaydada həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdırıb.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Qərar icra edilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilib.
Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi BayramovdurBölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər