Rəsmi Bakıdan Türkiyəyə dəstək: "Suriyadakı əməliyyatı dəstəkləyirik"
Tarix: 11-10-2019 14:17 | Bölmə: Gündəm
Rəsmi Bakıdan Türkiyəyə dəstək: "Suriyadakı əməliyyatı dəstəkləyirik"

"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir".

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Bəyanatda daha sonra deyilir: "Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}