Prezident orta məktəbin yeni binasının açılışında iştirak edib – Foto
Tarix: 15-09-2016 11:17 | Bölmə: Gündəm


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.

Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsərək, yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycanın dövlət başçısına məlumat verərək qeyd edib ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan İ.Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}