17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlham Əliyev: “Xəbər məni olduqca kədərləndirdi”
Tarix: 28-09-2016 17:04 | Bölmə: Gündəm

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə İsrailin keçmiş prezidenti, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}