Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 03-02-2016 14:30 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Reyting.az AzərTac-a istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər