Almaniyadan gətirilən 188 Azərbaycan vətəndaşı karantinə yerləşdirildi - Fotolar
Tarix: 19-05-2020 21:46 | Bölmə: Gündəm
Almaniyadan gətirilən 188 Azərbaycan vətəndaşı karantinə yerləşdirildi

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən Reyting.az-a verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Almaniyadan gətirilən 188 Azərbaycan vətəndaşı karantinə yerləşdirildi
Almaniyadan gətirilən 188 Azərbaycan vətəndaşı karantinə yerləşdirildi





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}