Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 25-11-2016 12:59 | Bölmə: Gündəm

Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclasında iştirak edib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Şuranın üzvləri – MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.
İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko növbəti dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib.
Həmin gün O.Əsədov V.Matviyenko ilə görüşüb. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.
Sonra Azərbaycan parlamentinin sədri Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov ilə görüşüb. Görüşdə iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. O.Əsədov Ç.Tursunbekovu Azərbaycana rəsmi səfərə dəvət edib, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi barədə danışıb.
Milli Məclis sədrinin həmçinin Qazaxıstan Parlamenti Məclisinin rəhbəri, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sədri Nurlan Niqmatulinləgörüşü olub. N.Niqmatulin Azərbaycan xalqını müstəqilliyin 25 illiyi münasibətilə təbrik edib. O bildirib ki, Qazaxıstan Azərbaycan ilə qarşılıqlı əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Qazaxıstan Parlamenti Məclisinin rəhbəri TürkPA-nın fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
O.Əsədov isə N.Niqmatulinə Qazaxıstan Parlamenti Məclisinin rəhbəri seçilməsi münasibətilə təbriklərini çatdırıb, Qazaxıstan Parlamentinin nümayəndə heyətini TürkPA Katibliyinin Bakıda yeni inzibati binasının açılış mərasiminə dəvət edib.
Səfər zamanı Sankt-Peterburqun Tavriya Sarayında - MDB Parlamentlərarası Assambleyasının qərargahında qazax ictimai-siyasi xadimi, Rusiyanın Birinci Dövlət Dumasının (1906–cı il) deputatı Əlixan Bukeyxanovun büstünün açılışı mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən O.Əsədov qeyd edib ki, Tavriya Sarayında qardaş ölkələrin tanınmış siyasi və ictimai xadimlərinin büstlərinin qoyulması ənənə halı alıb. 2014-cü ildə burada ilk dəfə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstü qoyulub.
"Biz bu ənənəni dəstəkləyirik. Keçmişi öyrənmədən gələcəyi dərk etmək mümkün deyil. 1906-cı ildə Tavriya Sarayında, Birinci Dövlət Dumasında bizim həmvətənlərimiz də təmsil olunurdular. Əminəm ki, bu ənənəni dəstəkləməklə müstəqil dövlətlər xalqlarımızın rifahı naminə əlaqələri gücləndirməyə davam edəcək”, - deyə O.Əsədov vurğulayıb.
V.Matviyenko isə bildirib ki, Tavriya Sarayında qoyulan ilk büst Azərbaycan parlamenti tərəfindən hədiyyə olunub. V.Matviyenko əməkdaşlığa görə O.Əsədova minnətdarlığını bildirib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.
Mərasimdə həmçinin Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburqa səfəri davam edir. (Mənbə:APA)
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər