Azərbaycanda indiyədək 3327 nəfər koronavirusdan sağalıb
Tarix: 30-05-2020 18:05 | Bölmə: Gündəm
Azərbaycanda indiyədək 3327 nəfər koronavirusdan sağalıb

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Reyting.az
 xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 5 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}