Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 21-12-2016 13:37 | Bölmə: Gündəm

Noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində, Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş vermişdi. Baş vermiş faciə nəticəsində 4 nəfər ailə üzvü həlak olmuş Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. Gəray Fərhadov onunla söhbətində baş vermiş faciəvi hadisədən dərindən kəndərləndiyini bildirib.
Komitədən verilən məlumata görə, söhbət zamanı Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. O, bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazinin özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır.
G.Fərhadov prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.
Həmin gün fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilən humanitar təşkilatlardan biri olan "Gəncliyə Yardım" Fondu tərəfindən də Əkbər Babaşovun ailəsinə müvafiq ev əşyaları təqdim edilib.
Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşov baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımlara görə Azərbaycan prezidentinə minnətdarlıqlarını bildirib.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər