Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 16-01-2017 11:31 | Bölmə: Gündəm

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 13 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb.
Mülki Məcəlləyə əsasən ipoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bankın qiymətli kağızları və ya emitentin Mərkəzi Bankda saxlanılan depozitləri, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarından ibarət ola bilər.
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanına əsasən Nazirlər Kabineti ipoteka örtüyünün əlavə aktivlərinə daxil ola biləcək dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarını müəyyən etməli idi. Fərmana edilən dəyişikliyə əsasən Nazirlər Kabineti bu sahədə yalnız həmin dövlətlərin müəyyən edilməsi meyarlarını hazırlayacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası isə Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara uyğun olaraq, müvafiq dövlətlərin siyahısının özünün rəsmi internet səhifəsində yayımlanmasını və mütəmadi olaraq yenilənməsini təmin edəcək.(APA)
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər