20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Pensiyalarla bağlı qanun dəyişəcək – Prezident sənədi imzalayıb
Tarix: 26-01-2017 17:25 | Bölmə: Gündəm

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan "Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-dəkeçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

Reyting.az Modern.az-a istinadla xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, layihə yanvarın 31-də bununla bağlı yaradılan İşçi qrupun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə Milli Məclisə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını qeyd edib.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər