18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlət Agentliyinə 1,4 milyon manat ayrılıb - Sərəncam
Tarix: 16-09-2020 12:28 | Bölmə: Gündəm
Dövlət Agentliyinə 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər