Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 22-02-2017 11:23 | Bölmə: Gündəm

Prezident İlham Əliyev "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə fərman verib.
Reyting.az xəbər verir ki, fərmana əsasən, aşağıdakı dəyişiklilər olacaq:
1. "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1868) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında "Bakı Mühəndislik Universitetinin” sözləri "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissədə "bu sahədə ali” sözləri "orta ixtisas, ali” sözləri ilə, "Bakı Mühəndislik Universiteti” sözləri "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
2.3. 2.1-ci və 2.5-ci bəndlərdə "Bakı Mühəndislik Universitetinin” sözləri "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.
3. Müəyyən edilsin ki:
3.1. "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir;
3.2. "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.3. "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü ("Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər