Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 22-02-2017 11:42 | Bölmə: Gündəm
Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də ABŞ
dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin
Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda keçirilməsinin artıq yaxşı ənənə halı aldığını deyən İlham Əliyev, bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini bildirib. İ.Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirib.
Ötən dövr ərzində bir çox işlərin görüldüyünü diqqətə çatdıran dövlət başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd edib. İ.Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu deyib.
Robin Danniqan "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bu görüşün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edən qonaq ABŞ nümayəndəsinin bu iclasda iştirakının vacibliyinə toxunub. R.Danniqan bildirib ki, bu, ABŞ-ın yeni hökumətinin "Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.
Görüşdə "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulanıb, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər