20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Prezidentlərin növbəti görüşü olacaq - Razılaşma
Tarix: 26-02-2017 15:20 | Bölmə: Gündəm


Bu gün Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Azərbaycan Prezidentinin mətbuat xiidmətindən verilən məlumata görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanıad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər