Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 04-04-2017 14:38 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, səfir Neboyşa Rodiç Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.
Səfir dövlət başçısına ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb.
Prezident İlham Əliyev ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya prezidentinə çatdırmağı xahiş edib. Dövlət başçısı İlham Əliyev prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş edib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirilib.

Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər