150 il yaşamaq reallığa çevrilir
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
Çin illik orbital buraxılış rekordunu yeniləyib
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
Neftçala bazarında baş verən yanğın söndürülüb
Ən uzun çayların yeni siyahısı tərtib olunub
Tarix: 12-11-2015 14:12 | Bölmə: Gündəm

Təhsil Nazirliyinin
aparatında və tabeli qurumlarda bir sıra kadr dəyişiklikləri aparılıb.
Nazirliyin mətbuat xidmətindənAzNews.az-a verilən məlumata
görə, Famil Mustafayev və Fərhad Əmirbəyov təhsil nazirinin müşaviri
vəzifələrinə təyin ediliblər.
1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiri
Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.
1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları
şöbəsinin müdiri Faiq Şahbazlı tutduğu vəzifədən azad edilərək Təhsil
Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilmişdir. Onun yerinə
2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun
meneceri, direktor müavini və direktor vəzifələrində çalışmış Elvin Rüstəmov
təyin edilib.
Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif
Məmmədova həvalə edilib. V.Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü
ildə "Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol
Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə
müdirinin müavini vəzifələrində işləyib.
Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun
Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.
Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə
Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr
və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin edilib.
G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra
mudiri, professor vəzifələrində işləyib.
Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə
1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru
Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilb. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.
Öz ərizələrinə əsasən Elşad İsmibəyli Azərbaycan Texniki Universitetinin elm və
texnika üzrə prorektoru, Çingiz Bağırov Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Nuhbaba Şıxıyev Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə
prorektoru vəzifələrindən azad ediliblər.
Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil
Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi
nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri
Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax
Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları
vəzifədən azad ediliblər.
Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə
funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol
verdiyinə görə tutduğu vəzifədən azad edilib.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək