Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Tarix: 25-04-2017 12:06 | Bölmə: Gündəm
Prezident İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 72-ci ildönümü ilə əlaqədar belə qərar verilib:
1. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000,0 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun vədonanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,2 milyon (yeddi milyon iki yüz min) manat ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər