Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 14-03-2016 13:11 | Bölmə: Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş "Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Reyting.az "Report”a istinadən xəbər verir ki, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində "Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
Politika.az saytı isə bildirir ki, "Gəncəbank” ASC-nin səhmlərinin 33,3 faizi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atası Qurbanov Qənbər Şəmşir oğluna məxsusdur. Bu barədə bankın rəsmi saytında da (http://www.gandjabank.az/?/az/content/165/) məlumat verilib.
C.Qurbanovun atası Q.Qurbanov Sovet nomenklaturasına daxil olan bir şəxsdir. 1933-cü il təvəllüdlü Q.Qurbanov Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. 1975-1989-cu illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin, 1989-cu ildən sonra isə Gədəbəy rayon İcraiyyə Komitəsinin sədri olub. İndi təqaüdçüdür. Təbii ki, 80 yaşlı Q.Qurbanovun bankın idarə etməsi ilə məşğul olması real deyil – bankın idarəetməsini onun oğlu Cavid Qurbanov həyata keçirir.
"Gəncəbank” ASC 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan ərazisində paytaxtdan kənarda – Gəncədə fəaliyyət göstərən yeganə bankdır (46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində fəaliyyət göstərir). Bəzi məlumatlara görə, "Gəncəbank” elə şübhəli maliyyə əməliyyatlarının keçirilməsi üçün təsis edilib və buna görə də paytaxtdan kənarda fəaliyyət göstərməsi "məsləhət” bilinib.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər