20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İlham Əliyev nazirə əlavə səlahiyyət verib - Sərəncam
Tarix: 26-09-2017 09:34 | Bölmə: Gündəm
İlham Əliyev nazirə əlavə səlahiyyət verib

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibini təsdiq edib.

Reyting.az-ın xəbərinə görə, bununla əlaqədar 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalanıb.

Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədri kənd təsərrüfatı naziri Heydər Əsədov təyin olunub.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, dəyişikliyədək bu vəzifəni sabiq nəqliyyat naziri Ziya Məmmədov tutub.

Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ilin fevral ayında Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb, yeni yaradılan qurumun rəhbəri isə Ramin Quluzadə təyin olunub. 2003-cü ildən etibarən nəqliyyat naziri olan Ziya Məmmədov vəzifəsini itirməli olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər