Prezident İlham Əliyev dörd nəfəri təltif edib - Sərəncam
Tarix: 26-09-2017 18:56 | Bölmə: Gündəm
Prezident İlham Əliyev dörd nəfəri təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az xəbər verir ki, sərəncamla Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abdullayev Davud Bəxtiyar oğluna və Rəhimova Fəzilə Vaqif qızına “Əməkdar artist” fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilib.
***
Prezident İlham Əliyev Tofiq Sarıcalinskinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}