17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident İlham Əliyev Şamaxıya gedib
Tarix: 02-10-2017 12:19 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Şamaxıya gedib

Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

Dövlət başçısı Şamaxı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. H.Əliyevin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}