17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlham Əliyevlə Serj Sarkisyan arasında razılaşma əldə olunub – Bəyanat
Tarix: 16-10-2017 16:58 | Bölmə: Gündəm
İlham Əliyevlə Serj Sarkisyan arasında razılaşma əldə olunub

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.

Bundan öncə isə İlham Əliyev və Serj Sarkisyan arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüş baş tutub.

Görüşdə məqsəd ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək olub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bəyanat da yayıblar.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanla Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər:

“ATƏT Minsk qrupu həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan da iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.
Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar”.

Bəyanatda qeyd edilir ki, həmsədrlər çox uzun fasilədən sonra baş tutan birbaşa danışıqlardan razılıq ifadə ediblər: “Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".

İlham Əliyevlə Serj Sarkisyan arasında razılaşma əldə olunubİlham Əliyevlə Serj Sarkisyan arasında razılaşma əldə olunub
İlham Əliyevlə Serj Sarkisyan arasında razılaşma əldə olunub

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}