İlham Əliyev Baş nazirin birinci müavinini qəbul edib - Foto
Tarix: 19-10-2017 11:06 | Bölmə: Gündəm
İlham Əliyev Baş nazirin birinci müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını Azərbaycan prezidentinə çatdırıb.

Görüşdə Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Ukrayna prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş edib.

İlham Əliyev Baş nazirin birinci müavinini qəbul edib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər