17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezident müəllimləri təltif edib
Tarix: 29-10-2017 13:51 | Bölmə: Gündəm
Prezident müəllimləri təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Telman Bayram oğlu İsgəndərova "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, aqrar təhsilin inkişafındakı xidmətlərinə görə Telman İsgəndərova "Əməkdar müəllim” fəxri adı verilsin.

Prezident İlham Əliyev Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ə.Musayevə aqrar elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}