Türkiyə prezidenti: “Dağlıq Qarabağ məsələsi bizim də qanayan yaramızdır”
Tarix: 30-10-2017 12:40 | Bölmə: Gündəm
Türkiyə prezidenti: “Dağlıq Qarabağ məsələsi bizim də qanayan yaramızdır”

"Dağlıq Qarabağ məsələsi Azərbaycan kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır.

"Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

Minsk qrupu başda olmaqla, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə, Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər