Ali Baş Komandana yeni səlahiyyətlər verilir - Dəyişiklik
Tarix: 30-10-2017 15:27 | Bölmə: Gündəm
Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Respublikasının Prezidenti) yeni səlahiyyətlər verilir.

Bununla bağlı "Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan Respublikasının Prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək(modern.az).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}