Prezident dövlət komissiyasının tərkibində dəyişiklik edib - Sərəncam
Tarix: 14-11-2017 11:04 | Bölmə: Gündəm
Prezident dövlət komissiyasının tərkibində dəyişiklik edib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibində əvvəlki üzvlərdən bəziləri təmsil olunmayacaq.

Reyting.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Komissiyanın tərkibində sabiq təhsil naziri Misir Mərdanov, Azərbaycanın Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu, xalq şairi Fikrət Qoca, yazıçı Əkrəm Əylisli, "Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin sabiq baş direktoru İsmayıl Vəliyev, Prezident Administrasiyasının humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə, Milli Məclisin sabiq deputatı Nizami Xudiyev, Azərbaycan Prezident Administrasiyasının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Yusif Hümbətov və digərlərinin adları yeni komissyanın tərkibinə daxil edilməyib.

Onların yerinə yeni üzvlər təyin edilib.

Qeyd edək ki, Dövlət Dil Komissiyasının əvvəlki heyətinin üzvlərindən bəziləri vəfat edib(Mənbə: Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər