Prezident tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib – Yeni cəzalar
Tarix: 27-11-2017 11:36 | Bölmə: Gündəm
Prezident tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər