İlham Əliyev Davosa səfər edəcək
Tarix: 12-01-2018 20:30 | Bölmə: Gündəm
İlham Əliyev Davosa səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.

Reyting.az xəbər verir ki, bu barədə virtualaz.org-a İsveçrənin Azərbaycandakı səfiri məlumat verib.

"Xoş ənənəyə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edəcək”, – cümə günü keçirilmiş brifinqdə F.Ştaller bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İsveçrə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək: "Həmçinin Forumda ABŞ, Çin və digər ölkələrin dövlət başçıları iştirak edəcək”.

Davos İqtisadi Forumu 23-26 yanvar tarixlərində baş tutacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}