16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev konqresmenlərlə görüşüb
Tarix: 31-03-2016 13:02 | Bölmə: Gündəm


Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda konqresmenlərlə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirilib. ABŞ-ın Konqres üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında da danışıb. Söhbət zamanı "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və dövlətimizin başçısı konqresmenlərin suallarını cavablandırıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}