ABŞ Türkiyənin terrorla mübarizə hüququnu tanıyır – Tillerson
Tarix: 22-01-2018 17:15 | Bölmə: Gündəm
ABŞ Türkiyənin terrorla mübarizə hüququnu tanıyır

ABŞ dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Afrin əməliyyatından narahat olduqlarını bildirib.

R. Tillerson deyib ki, Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün iki ölkənin birlikdə çalışaraq nələr edə biləcəyini görmək istəyirlər:

"Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq. Təhlükəsizlik problemlərinin həlli üçün Türkiyə ilə birlikdə hansı addımları ata biləcəyimizi müəyyənləşdirmək istəyirik".

ABŞ dövlət katibi bildirib ki, Suriyada hər iki tərəfin təmkin göstərməsini və mülki itkilərin azalmasını istəyirlər:

“ABŞ Suriyada sabitliyin bərqərar olmasına və diqqəti daxili savaşın sona çatması üçün Cenevrə prosesinə yönəltməyə çalışır”.(NTV)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər