MSK İlham Əliyevlə bağlı qərar verib
Tarix: 27-02-2018 16:10 | Bölmə: Gündəm
MSK İlham Əliyevlə bağlı qərar verib

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.

Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib. İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla, İlham Əliyev rəsmən qeydə alınan prezidentliyə namizəd olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər