Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşı artırılıb
Tarix: 06-03-2018 19:06 | Bölmə: Gündəm
Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşı artırılıb

Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı daha bir sərəncam imzalayıb.

Dövlət başçısı Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını orta hesabla 10 faiz artırıb. Sərəncam martın 1-dən tətbiq olunacaq.

Prezident həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər