Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Nazir müavinlərinin sayı artırılıb
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Tarix: 07-04-2016 14:51 | Bölmə: Gündəm

Bakıda
keçirilən Azərbaycan, İran və Rusiya Xarici işlər nazirlərinin görüşü başa
çatıb.
Reyting.az "Qafqazinfo”-ya istinadən xəbər verir
ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İran tərəfinin də Qarabağda atəşkəsin
elan edilməsi üçün müəyyən cəhdlər göstərdiyini qeyd edib:
"Üçtərəfli əməkdaşlıqdan danışdığıma görə, İran da atəşkəsin əldə edilməsində
öz tərəfindən müəyyən cəhdlər göstərib. Lavrovla biz daha ciddi müzakirələr
aparırıq. Onun tərəfindən irəli sürülən təklifləri nəzərdən keçiririk. Həmin təkliflər
ötən ilin ortalarından var idi. Bir məsələ çox vacibdir”.
E.Məmmədyarov bildirib ki, kimsə Qarabağ probleminə dondurulmuş, dayandırılmış münaqişə deyir, amma bu, mümkün qədər tez həllini tapmalı münaqişədir: "Sülh yolu ilə həlli çox vacibdir. Çünki insanlar həyatlarını itirirlər. Bu münaqişənin davamı qəbuledilməz faktdır”.
Azərbaycanlı nazirin sözlərinə görə, "münaqişənin dondurulması” ifadəsi insanların beynində illuziya yarada bilər: "Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxmalıdır. Müharibə elədir ki, hər 2 tərəfə ziyan vurur. Masa üzərində təklif paketləri var. Bir məsələ aydındır ki, ermənilər o torpaqları dərhal tərk etməlidirlər. Təhlükəsizliyin təmin edilməsi məsələsi də nəzərdən keçirilməlidir. Nəticəyə gəlməliyik”.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə məsələnin həllinə çox yaxın olduqlarını
qeyd edib:
"Münaqişənin tez həllində çox maraqlıyıq. Çünki burada tranzit
infrasutrukturu, onun təhlükəsizliyi hamımızın marağındadır. Elə etmək lazımdır
ki, snayperlər hər gün bir-birinin
gözünün içinə baxmasınlar”.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər