Prezident beş nəfərlə bağlı sərəncam verib - Siyahı
Tarix: 03-04-2018 18:07 | Bölmə: Gündəm
Prezident beş nəfərlə bağlı sərəncam verib

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafındakı xidmətlərinə görə Kamran Qılman oğlu Nəzərova "Əməkdar mühəndis” fəxri adı verilib.

Prezident İ. Əliyevin digər sərəncamı ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin bir qrup əməkdaşı da təltif olunub.

Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif ediliblər:

İsgəndərov Hümbət Rafiq oğlu

Qasımov Etibar Vilayət oğlu

Məmmədov Füzuli Ziyad oğlu

Səfərov Bəhlul Novruz oğlu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər