Prezident yeni yaşayış binasının tikintisinə pul ayırıb - Sərəncam
Tarix: 05-06-2018 18:07 | Bölmə: Gündəm
Prezident yeni yaşayış binasının tikintisinə pul ayırıb

Prezident İlham Əliyev iyunun 5-də "Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər