Mingəçevir İES-də baş verən hadisə prezidentin nəzarətindədir
Tarix: 03-07-2018 09:20 | Bölmə: Gündəm
Mingəçevir İES-də baş verən hadisə prezidentin nəzarətindədir

Dünən axşam Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib.

FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunaraq, yanğını söndürüblər.

Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi bərpa olunub.

Mingəçevir İES-də baş verən hadisə ilə əlaqədar Azərbaycan prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər