İlham Əliyev Müştərək Komissiyanın tərkibində dəyişiklik edib - Sərəncam
Tarix: 23-07-2018 19:02 | Bölmə: Gündəm
İlham Əliyev Müştərək Komissiyanın tərkibində dəyişiklik edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalıyıb.

Sərəncama əsasən, Müştərək Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Komissiyanın üzvləri


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə bildiriş göndərmək tapşırığı verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər