11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Güclü külək əsəcək, çovğun olacaq - Proqnoz
Tarix: 07-01-2023 16:45 | Bölmə: Gündəm
Güclü külək əsəcək, çovğun olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, külək şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}