Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
Tarix: 09-01-2023 15:33 | Bölmə: Gündəm
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edb.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Yeni fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manata qədər hissəsi dövlət zəmanəti ilə təmin ediləcək.

Qaydaya əsasən dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 %-dən çox olmamalı;

- kreditin müddəti 7 ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 aya qədər olmalı;

- bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 %-dən çox olmamalıdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər