Prezident İlham Əliyev daha iki qanuna dəyişiklik edib
Tarix: 12-01-2023 19:41 | Bölmə: Gündəm
Prezident İlham Əliyev daha iki qanuna dəyişiklik edib

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsi ilə “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, dəyişikliklərə əsasən, Ələt azad iqtisadi zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək.

Belə ki, Azərbaycanda işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında və ya Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə səfər vizası veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}