Əli Əsədov vəzifəli şəxslərlə bağlı yeni qərar verib
Tarix: 13-01-2023 16:07 | Bölmə: Gündəm
Əli Əsədov vəzifəli şəxslərlə bağlı yeni qərar verib

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında.(qurumlarında) vəzifələrin siyahısı təsdiqlənib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun əmrinə əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər