Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə yeni medal təsis olunub - Foto
Tarix: 14-01-2023 15:04 | Bölmə: Gündəm
Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə yeni medal təsis olunub

Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Reyting.az
xəbər verir ki, yeni qanuna əsasən, “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif ediləcəklər.

Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}