20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb
Tarix: 21-01-2023 16:58 | Bölmə: Gündəm
Qrantlarla bağlı vahid informasiya sistemi yaradılıb

Preziden İlham Əliyev "Qrant haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Reyting.az
xəbər verir ki, dəyişikliyə əsasən, qrantların reyestri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparılacaq.

Qeyd edək ki, məqsəd qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etməkdir.

Xatırladaq ki, Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər