20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident daşınmaz əmlakların sənədləşməsi ilə bağlı dəyişiklikləri təsdiqləyib
Tarix: 21-01-2023 17:12 | Bölmə: Gündəm
Prezident daşınmaz əmlakların sənədləşməsi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Reyting.az xəbər verir ki, dəyişikliklə daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Qanun layihəsi aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir:

- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

***

Prezident İlham Əliyev Torpaq Məcəlləsinə dəyişikliyi təsdiq edib.

Reyting.az
xəbər verir ki, dəyişikliklə torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər